AZ

Rusiya Afrikada hərbi-dəniz bazası qurur

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Sudan Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının bazasının öz ərazisində yerləşdirilməsinə razı olub.

Bu barədə açıqlamanı Sudanın xarici işlər naziri Əli Yusif Moskvada rusiyalı həmkar Sergey Lavrovla danışıqlardan sonra verib. Nazur jurnalistlərə açıqlamasında deyib: "Bu məsələdə qarşılıqlı razılaşma əldə eləmişik. Məsələ çox sadədir. Hər şeyi razılaşdırdıq".

Rusiya Hərbi Dəniz Donanmasının Sudandakı bazada yerləşdiriləcək şəxsi heyətinin sayının 300 nəfəri, gəmilərin sayının isə 4 ədədi keçməyəcəyi bildirilir.

Hürr Tərcüman

 

Seçilən
11
hurriyyet.az

1Mənbələr