Joze Mourinyo Avropa Liqasında baş tutacaq "Anderlext" ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssisə Mauro İkardinin onunhaqqında paylaşımları ilə bağlı gələn suala Mourinyo belə cavab verib:
"Özəl biri olduğumu 25 illik karyeramda qazandığım 26 kubokla göstərdim. İkardi bir "goat", böyük bir "goat" olduğu üçün onun haqqında şərh bildirmək istəmirəm. Sadəcə susub qəbul edirəm".