İzmirdə bir məktəbin direktoru idim. 23 aprel səhəri idi. Məktəbdə şagirdlər gümrah... Müəllimlər ora-bura qaçır... Valideynlər narahatdır. Mərasim tezliklə başlayacaq. Şirin bir həyəcan... Qapım döyüldü... Balaca qızcığaz içəri girdi. Dodaqları qıvrıldı, gözləri yaşla doldu.
– Niyə ağlayırsan?
– Müəllimim mənə mərasimdə oxumaq üçün şeir verdi.
– Nə gözəl... Oxumaq istəmirsən?
– İstəyirəm, amma bu şeiri bəyənmədim.
Şeiri götürüb baxdım. Mustafa Nəcati Qarayerin “Mustafa Kamal rüzgarı” şeiri...
– Bu şeiri niyə bəyənmədin?
– Orada bilmədiyim çox sözlər var. Sonra bu şeirdən heç nə başa düşmədim.
– Müəlliminizə desəydin, şeiri dəyişərdi.
– Dedim, amma proqramda yazılıb. Sizin hirslənəcəyinizi söylədi. Həqiqətən hirslənərsinizmi...?
– Adın nədir?
– Şeyma!
– Bax, əzizim Şeyma. Sənin kimi şirin balaya nə vaxtsa əsəbiləşə bilərəmmi? Amma qızım, mərasim tezliklə başlayacaq. Bu qədər qısa zamanda yeni şeiri haradan tapaq?
– Gəlin yazaq.
– Yazaq? Başa düşmədim?
– Müdürüm, siz şeir yazırsınız, şeir kitablarınız var. Bir yerdə yenisini yaza bilmərik?
Həm təəccübləndim, həm də sevindim.
– Bəs indi necə edək, Şeyma?
– Bax əfəndim, anam, atam və müəllimim mənə Atatürkdən çox danışıblar. İndi masanızın arxasındakı divarda Atatürkün şəkli də var.
– Bəli var.
– Hə, mən onunla danışaram. Nə danışdığımızı yazarsınız.
Bu illər ərzində şeirlər yazıram. Ancaq ilk dəfə gözüyaşlı kiçik bir qız mənə heç vaxt yaşamadığım bir hissi yaşatdı. Mən bütün diqqətimi bu həyat verən ilham mənbəyinə yönəltdim.
Sonra Şeyma qarşımdakı stulda əyləşdi. Divardakı Atatürkün şəklinə baxıb uşaqcasına danışmağa başladı elə bil o balaca qız qələmimi əlimdən aldı. Yazan əl mənimdi, onu yazdıran ürkək, o balaca qəlbdəki Atatürk sevgisi idi.
Açılışa Şeyma ilə getdik. Mərasim başladı. Məktəb direktoru kimi klassik açılış mətni hazırladım. Yeni yaşadıqlarımızı tamaşaçılara təqdim etdikdən sonra mikrofonu Şeyməyə uzatdım, o, həyəcandan titrəyən səsi ilə şeiri oxumağa başladı.
Öncə anamdan duydum,
Atam sənin adını.
Sonra atam anlatdı,
Sənin etdiklərini.
Çox böyük adammışsın.
Qurtarmısan ölkəmi.
İnqilablar cümhuriyyət,
Atatürk etmiş seni.
Əlində təbaşirin
İlk müəllimim sənsən
Azadlıq sevdalısı
Atamsın, liderimsən
Dünya uşaqlarına
Hədiyyəndir bu bayram
İyirmi üç apreldə
Qəlblər səninlə atam.
Ölmüsən 10 noyabrda,
İnanmadım mən buna.
Gerçəkdən ölmüş olsan,
Yaşarmıydın ruhumda?
Sonra müəlliməm də,
‘‘Atatürk ölməz’’ dedi.
Sinifdə rəsmin o an,
Bizlərə gülümsədi.
İnan Qoruyacağam,
Senin əsərlərini.
Amma hələ kiçiyəm,
Böyüyüncə gör məni.
Şeyma şeiri dili ilə deyil, ürəyi ilə oxudu. O, böyük tamaşaçı qarşısında o qədər həvəsli, o qədər həssas, o qədər coşqulu idi ki, özümü saxlaya bilmədim... Şeirin sonunda o da göz yaşlarını saxlaya bilmədi. Sonra nə oldu? Bütün zal bu kiçik ürəkli Atatürk aşiqini dəqiqələrcə alqışladı. Səhnədə bu qeyri-adi duyğu seli yaşayarkən Şeyma əlində mikrofon olduğunu fərq etmədən mənə tərəf çevrildi və utancaq səslə dedi: “Müdürüm, icazəsiz sənin yanına gəldiyim üçün, şeiri dəyişdiyim üçün müəllimim mənə hirslənməyəcəkki? Bu sualı verəndə bir pedaqoq kimi ürəyim ağrıdı. Biz valideynlər və müəllimlər olaraq uşaqlarımızı şüursuz olaraq nə qədər qorxuduruq? Onları qoruduğumuzu düşünməklə əslində onların təxəyyülünü zədələyirik və özlərinə inamlarını itirmələrinə səbəb oluruq. Şeymaya “bilmirəm, ən yaxşısı müəlliminin özündən soruşaq” deyən kimi ön cərgələrdə gözləri dolmuş şagirdini alqışlayan Səadət müəllim səhnəyə qaçaraq Atatürk sevgilisinin Cümhuriyyət meşəsində əkilmiş balaca qızcığazı qucaqlayıb göz yaşları ilə qucaqladı.
İndi tarixin indiyə qədər yaratdığı ən böyük öndərin qızıl dastanını - 23 aprel, 19 may, 29 oktyabr və 30 avqust tarixlərini bayağı görünən səbəblərlə bizə unutdurmağa çalışanlar var. Yuxarıdakı şeiri bir daha diqqətlə oxuyun və kiminlə rəqabət aparmağa çalışdığınızı anlayın. Onun dirisi dünyaya, ölüsü sizə bəsdir...