AZ

İmamoğlu 7 il həbs edilə bilər - Məhkəmə vaxtı AÇIQLANDI

İstanbulun Baş prokuroru Akın Gürlek və ailəsinin İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğluna qarşı qaldırdığı iddia üzrə keçiriləcək ilk məhkəmə iclasının vaxtı bəlli olub. 

 

Sfera.az xəbər verir ki, İstanbul 14-cü Ağır Cəza Məhkəməsi bu iddianı qəbul edib və ilk iclasın tarixini 2025-ci ilin aprelin 11-nə təyin edib. 

 

Xatırladaq ki, İmamoğlu iştirak etdiyi bir iclasda İstanbulun Baş prokuroru Akın Gürlek və ailəsi ilə bağlı ağır ifadələr işlədib. Bu ifadələrə görə prokuror İmamoğlundan şikayət edib.

 

Əgər prokurorun iddiası təmin edilərsə, İmamoğlu 7 il 4 ay həbsə məhkum olunacaq. 

 

Vasif

Seçilən
20
sfera.az

1Mənbələr