Türkiyə Ticarət Nazirliyi tərəfindən aparılan bazar yoxlamaları nəticəsində Diakakic markalı məktəbli çantasında həddindən artıq qurğuşun tapıldığı açıqlanıb.
News24.az xəbər verir ki çantada uşaqların sağlamlığına təhlükə yaradan bu kimyəvi maddənin olması məhsulun təhlükəli sayılmasına səbəb olub.
Sınaqlar nəticəsində Nazirlik sözügedən məktəbli çantasının bazardan geri çağırılması və satışının qadağan edilməsi barədə qərar qəbul edib.
Günel Məlikzadə
![](/uploads/posts/2025-02/1093597987_0_0_1200_1600_1440x900_80_0_1_57685366ac38483de117e3a24ff71e21_jpg.webp)