Bakı. Trend:
Quliyev Orxan Madar oğlu rəqəmsal inkişaf və nəqliyyat nazirininmüşaviri təyin edilib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, o, Berlin Texniki Universitetində Sənayemühəndisliyi - proseslərin və istehsalatın avtomatlaşdırılması üzrəbakalavr və magistr təhsili alıb.
SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində işəbaşlayan Orxan Quliyev bu təyinata qədər “SOCAR Caspian İnnovationCenter” MMC-də baş əməliyyatlar direktoru vəzifəsində çalışıb. BakıAli Neft Məktəbinin müəllimidir.
Qeyd edək ki, O.Quliyev Birinci “Yüksəliş” müsabiqəsinin qalibiolub.