AZ

Azərbaycanda müflisləşmə sahəsində məhkəmə işlərinə baxılması təkmilləşdirilə bilər

İqtisadiyyat Nazirliyi müflisləşmə sahəsində məhkəmə işlərinə baxılmasının təkmilləşdirilməsini istəyir.

"Report" xəbər verir ki, bunu nazirliyin nümayəndəsi Nərmin Əli "Biznesin müflisləşməsi" işçi qrupunun iclasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı "Müflisləşmə və iflas" haqqında qanunda, eləcə də Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsinə dair qanun layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

"Bu məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi Yol xəritələrində 2023-cü ildə əsas icraçı, 2024-cü ildə isə həmicraçı kimi müəyyən edilib. Qanun layihəsində adı çəkiləmn Məcəlləyə müflisləşmə və sağlamlaşdırma ilə bağlı yeni fəsilin əlavə edilməsi təklif edilir", - deyə nazirlik rəsmisi qeyd edib.

Seçilən
3
report.az

1Mənbələr