AZ

"Mançester Yunayted" "Mançester Siti"nin keçmiş futbolçusunu transfer etmək istəyir

“Mançester Siti”nin sabiq müdafiəçisi, hazırda Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hilal”da çıxış edən Joao Kanselo İngiltərə Premyer Liqasına qayıda bilər.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki,30 yaşlı müdafiəçinin xidmətində “Mançester Yunayted” maraqlıdır. "Qırmızı şeytanlar" yay transfer pəncərəsində futbolçunu heyətinə qatmaq üçün artıq danışıqlara da başlayıb.

Futbolçunun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir. Kanselonun Səudiyyə klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir. Joao Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 17 oyun keçirib. Müdafiəçi beş məhsuldar ötürmə edib və dörd sarı vərəqə alıb.

Seçilən
12
90deqiqe.az

1Mənbələr