Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-a xarici səfərləri zamanı onun təyyarəsinə terror hücumu təhdidinə dair yalan məlumat verməkdə şübhəli bilinən şəxsi həbs edib.
Bu barədə "The Indian Express" qəzeti Mumbayın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxsin psixi problemləri var. Davam edən araşdırmalar əsnasında müəyyən edilib ki, daha əvvəl saxlanılan şəxsin telefonundan polisə guya hazırlanmaqda olan cinayətlər və digər yalan məlumat barədə 1 400 xəbərdarlıq zəngi daxil olub.
Qeyd edək ki, Baş nazir fevralın 10-da yollandığı Fransada səfərdədir. N.Modi oradan ABŞ-a uçacaq.