Dortmund “Borussiya”sının baş məşqçisi Niko Kovaç Çempionlar Liqasının 1/16 finalında Lissabon “Sportinq”i üzərində qələbəni şərh edib.
Arena.az məlumat verir ki, cütün ilk oyununda “Borussiya”nın 3:0 hesablı böyükhesablı səfər qələbəsi bir qədər gözlənilməz olub.
“Biz tamamilə layiqincə qalib gəldik. Birinci hissədə oyun bərabər idi, amma sonra biz oyunun nəbzini yüksəltdik, topa yaxşa nəzarət nümayiş etdirdik. Komandanın fantastik futbol göstərdiyi kəsimlər vardı, bundan sonra qollar vurduq. Mən çıxışımızdan məmnunam”, deyə Niko Kovaç vurğulayıb.
Xatırladaq ki, cavab oyunu çərçivəsində “Borussiya” Lissabon “Sportinq”ini fevralın 19-da Dortmundda qəbul edəcək.