“Los Anceles Leykers”in ulduzu Luka Donçiç komandaya yeni qoşulsa da, o, artıq sosial mediada səs-küy yaratmağı bacarıb.
Publika.az xəbər verir ki, sloveniyalı basketbolçu Los-Anceles klubuna keçdikdən sonra dünya məşhurlarının diqqətini çəkən şəxsə çevrilib.
Erməni model və biznesmen Kim Kardaşyan Donçiçi yeni klubu münasibətilə özünəməxsus tərzdə təbrik edərək, “sloven dilini öyrənmək” istədiyini yazıb. Basketbolçu buna demək olar ki, dərhal cavab verib. O, “xeyr, xahiş edirəm, etmə” – deyə imtina edib.
Pərəstişkarları tez bir zamanda söhbətə qoşulublar və Kimin mövqeyinə görə onu ələ salmağa başlayıblar. Model daha dözə bilməyib və şərhini silib.
Xatırladaq ki, fevralın 10-dan 11-nə keçən gecə NBA-nın müntəzəm mövsümü çərçivəsində “Leykers” “Yunat Cazz” üzərində inamlı qələbə qazanıb. Los-Anceles təmsilçisinin ulduzu Luka Donçiç komandada debüt etdib. O, 23 dəqiqə ərzində 14 xal, 5 ribaund və 4 məhsuldar ötürmə ilə yadda qalıb.