AZ

Elmar Qasımovla Murad Fətiyev “Böyük dəbilqə”də niyə iştirak etməyəcək?

Cüdo üzrə Azərbaycan millisinin "Böyük Dəbilqə" üçün heyətində dəyişikliyin səbəbi bəlli olub.

Bu barədə İdman.biz-ə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, Elmar Qasımov (100 kq) özünün və məşqçilər heyətinin ortaq qərarına əsasən komandadan kənarlaşdırılıb. Tanınmış cüdoçu yarışa hazır olmadığı üçün turnirə qatılmayacaq. Murad Fətiyev (90 kq) isə zədə səbəbindən “Böyük Dəbilqə”də iştirak etməyəcək.

Qeyd edək ki, fevralın 14-16-da keçiriləcək turnirə yığmamız 33 cüdoçu ilə qatılacaq.

Aytac Sahəd
İdman.biz

Seçilən
7
idman.biz

1Mənbələr