Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Pxenyan administrasiyası Trampın Qəzza planı ilə bağlı açıqlama verib.

İndex.az xəbər verir ki, bəyanatda ABŞ-ın Qəzza zolağının ələ keçirilməsi və fələstinlilərin zorla başqa yerə yerləşdirilməsinə dair təklifi pisləyib.

Açıqlamada Trampın planının Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi və beynəlxalq hüququn açıqca pozulması olduğu vurğulanıb və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququna məhəl qoymamaq, iki dövlətli həll yolunda böyük maneə və qətiyyən qəbuledilməz bir hərəkət olaraq xarakterizə edilən bu planın rədd edildiyi qeyd edilib.