İranda hökumət əleyhinə etiraz aksiyaları davam edir.
Ölkə.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Sosial şəbəkələrdə paylaşılan videoya görə, ötən gecə Kohgiluye və Boyer-Əhməd əyalətinin Dehdəşt şəhərində hökumət əleyhinə keçirilən etirazların üçüncü günündə ikisi qadın olmaqla, ən azı altı nəfər həbs edilib.
Məlumata görə, etirazçılar “Diktatora ölüm!”, “Xameneyiyə ölüm!” şüarları səsləndiriblər.
Həmidə İbrahimova