Fransada bir kişi qatar stansiyasında telefonu səsucaldana qoyub yüksək səslə danışdığı üçün cərimələnib.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuatda qeyd olunub.
Devid adlı şəxs stansiyada qatar gözləyərkən bacısı ilə səsucaldan vasitəsilə danışıb. Bu əsnada Fransanın dövlət dəmir yolu şirkətində (SNCF) çalışan məmur səs-küydən narahat olub və ona irad bildirib.
Ardınca o, Devidi 200 avro (350 AZN) cərimələyib.
Cərimələnən şəxs cəzadan apellyasiya şikayəti etmək üçün vəkil tutduğunu qeyd edib.