AZ

Parlament Ermənistanın Aİ-yə daxil olması prosesi ilə bağlı layihəni dəstəklədi

Ermənistan parlamenti “Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini dəstəkləyib.

XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, layihəni 63 deputat dəstəkləyib, 7 deputat isə əleyhinə olub.

Qanun layihəsinin təşəbbüskarı “Demokratik Qüvvələrin Platforması” ictimai təşəbbüsü olub, iki ay ərzində layihənin parlamentin müzakirəsinə çıxarılması üçün zəruri olan 60 min imza (qanunda 50 min tələb olunur) toplanıb.

Qeyd edək ki, Ermənistan hökuməti layihəni yanvarda təsdiqləyib.

Xəbər 4 dəfə oxunub.
Seçilən
31
xezernews.az

1Mənbələr