AZ

Londonda Qarabağ Məktəbinin şagirdləri xeyriyyə konsertində çıxış ediblər (FOTO)

Bakı. Trend:

Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) nəzdində onlaynfəaliyyət göstərən Qarabağ Məktəbinin şagirdləri Londonda xeyriyyəməqsədilə keçirilən “Face of Ealing Community Concert” (“İlinqinÜzü İcma Konserti”) adlı tədbirə qatılıb.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, Londonun Ealing (İlinq) bölgəsinin meri vəbələdiyyə başçısı Yvonne Johnsonun (İvan Conson) təşəbbüsü ilə baştutan konsertdə İngiltərədə yaşayan müxtəlif xalqlarınnümayəndələri iştirak edib.

Qarabağ Məktəbinin şagirdləri xeyriyyə konsertində milli geyimdəvə dövlət bayrağımızla səhnəyə çıxıblar. Onlar səhnədə məktəbinmüəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Fərziyevanınmüəllifi olduğu “Dostluq himni”ni ifa ediblər. Məktəbin musiqimüəllimləri Rasim və Səadət Fərziyevlərin müşayiəti ilə şagirdlərinçıxışı təşkilatçıların və qonaqların böyük marağına səbəb olub.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovatədbirdən əldə olunan bütün gəlirlərin xeyriyyə təşkilatlarınabağışlandığını bildirib. Qarabağ Məktəbinin şagirdlərininİngiltərədə ilk dəfədir xeyriyyə konsertində iştirak etdiyinisöyləyib.

Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) tərəfindən 2021-ciilin sentyabrında təsis edilmiş Qarabağ məktəbi Diasporla İş üzrəDövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Məktəbin məqsədiAzərbaycan dilinin öyrədilməsini təmin etmək, eyni zamanda,uşaqlarımıza milli irsimiz, mədəniyyətimiz, musiqimiz və tariximizhaqqında dərin biliklər verməkdir. Bununla yanaşı, Qarabağ Məktəbiöz tələbələrinə Azərbaycan kimliyini qorumağa yönəlmiş bir mühittəqdim edir.

Londonda
Londonda
Londonda
Londonda
Seçilən
16
4
az.trend.az

5Mənbələr