Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin iflas prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin nümayəndəsi Nərmin Əli "Biznesin müflisləşməsi" işçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, nazirlik öz tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə beynəlxalq təcrübəni, o cümlədən BMT-nin beynəlxalq ticarət qanunvericiliyi komissiyasının tövsiyyələrini nəzərə almaqla KOB subyektləri üçün sadələşdirilmiş iflas və sağlamlaşdırma prosedurlarının müəyyən edilməsinə dair araşdırmalar aparıb.
KOB subyektlərinin iflası ilə bağlı məhkəmə baxışının, kreditorların borc tələblərinin irəli sürülməsinin, borclunun aktivlərinin satışının sadələşdirilməsi və elektronlaşdırılması ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsi məqsədəuyğun hesab edilib.