Rio-de-Janeyro Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov Azərbaycan milli komandasının heyətindən uzaqlaşdırılıb. 

Offsideplus.az xəbər verir ki, 34 yaşlı cüdoçu fevralın 14-dnən 16-dək Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edə bilməyəcək.

Məşqçilər korpusunun hansı səbəbdən bu qərarı qəbul etməsi məlum deyil. Elmarla yanaşı, Murad Fətəliyev, Nihad Şıxalizadə, Aydan Vəliyeva və Açelya Toprak da ilkin heyətdən çıxarılıb. 

Qeyd edək ki, 38 ölkədən 270 idmançının mübarizə aparacağı yarışda Azərbaycanın şərəfini 33 cüdoçu qoruyacaq.