Yunan mətbuatının yazdığına görə, Türkiyəyə “Meteor” raketlərinin satışının qarşısını almaq üçün həftənin əvvəlində Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşən Yunanıstanın baş naziri Kiryakos Miçotakis rədd cavabı alıb.
Publika.az xəbər verir ki, Fransa tərəfi Miçotakisə bunun beynəlxalq praktiki baxımdan mümkün olmadığını bildirib. Çünki “Meteor” altı ölkənin iştirakından ibarət konsorsium tərəfindən istehsal edilib.
Digər tərəfdən adı açıqlanmayan mənbələrə əsaslanan xəbərdə Yunanıstanın Ankaraya mümkün raket satışının qarşısını almaq üçün konsorsiuma daxil olan digər ölkələrin hökumətlərinə də müraciət etməyi hədəflədiyi bildirilib.
Yunanıstanın müdafiə naziri Nikos Dendias yanvarın 29-da Fransanın Afinadakı səfiri Laurans Auerə Yunanıstanın Türkiyəyə “Meteor” raketləri satacağı xəbərindən narahatlığını çatdırıb.