ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) və "Binance" məhkəmə işinin dayandırılması üçün birgə vəsatət veriblər.
Valyuta.az xəbər verir ki, buna səbəb SEC-in kriptovalyutalar üzrə yeni yaradılmış işçi qrupu olub.
"Binance" nümayəndələri bu barədə açıqlama verərək bildiriblər:
"Biz, ABŞ-da və dünyada blokçeyn texnologiyasının inkişaf etdiyi dövrdə rəqəmsal aktivlərin qanunvericilik və tənzimlənməsi məsələlərinə düşünülmüş yanaşmasına görə müvəqqəti sədr Ueydə minnətdarıq. SEC-in iddiası həmişə əsassız olub və biz artıq bu məsələni geridə qoymağa, həmçinin "Binance"ın dünyanın ən təhlükəsiz, lisenziyalı və etibarlı birjası kimi qalmasına fokuslanmağa hazırıq".
Analitiklərin fikrincə, bu qərar SEC-in kriptovalyuta bazarına qarşı mövqeyinin yumşaldığını göstərə bilər. Bundan əlavə, bu addım ABŞ-ın rəqəmsal aktivlər sənayesinin qlobal mərkəzinə çevriləcəyini vəd edən Prezident Donald Trampın son bəyanatlarına da uyğun gəlir.