AZ

Türkiyə 10 ildən sonra ABŞ-la bağlı QƏRAR VERDİ

Türkiyə təxminən on ildən sonra ilk dəfə ABŞ Xəzinədarlığı istiqrazlarını almağa başlayıb. Türkiyənin ehtiyatlarındakı ABŞ istiqrazlarının məbləği son bir ildə 10 milyard dollar artaraq 12 milyard dollara çatıb.

Publika.az xəbər verir ki, bu addım 2016-cı ildə ABŞ ilə siyasi gərginlikdən sonra başlayan istiqraz satışı prosesinin sona çatdığını göstərir.

Ankara 2010-cu illərin əvvəllərində 80 milyard dollara çatan istiqraz ehtiyatlarının böyük bir hissəsini Donald Trampın ilk prezidentlik dövründə kəskinləşən siyasi və geosiyasi fikir ayrılıqları fonunda satıb. Ən böyük istiqraz alışı Trampın yenidən seçilməsinə bir ay qalmış oktyabrda 6 milyard dollar təşkil edib.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Seçilən
34
publika.az

1Mənbələr