Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.
Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev şura üzvlərinə aktiv məşğulluq proqramları, Agentliyin fəaliyyəti sahələrində aparılan islahatlar, innovativ həllərin geniş tətbiqi işləri, qurumun bu ilki hədəfləri barədə məlumat verib.
İşsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatı, habelə peşə hazırlığının təşkilində Agentliyin özəl sektor, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq həyata keçirdiyi diqqətə çatdırılıb. Həssas kateqoriyadan olan şəxslərin, o cümlədən şəhid ailəsi üzvləri və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən bəhs edilib.
İctimai şuranın sədri Elşad Məmmədovun və şuranın digər üzvlərinin rəy və təklifləri dinlənilib. Görüşdə gələcək əməkdaşlıq məsələləri və vətəndaş cəmiyyəti institutları ilə birgə ictimai debatların təşkilinə dair müzakirələr aparılıb.