Manset.az xəbər verir ki, bu barədə ölkənin mətbuat orqanları məlumat yayıb. Məlumata görə, qəzada 26 nəfər həyatını itirib, 45 nəfər yaralanıb. Bildirilib ki, avtobus Oromiyanın Şambu şəhərindən paytaxt Əddis-Əbəbəyə yola düşdükdən az sonra aşıb. Yaralılara xəstəxanalarda tibbi yardım göstərilib.
Səlahiyyətlilər ölənlərin sayının artacağını qeyd edib.