AZ

Liviyada nazirə qarşı sui-qəsd: 14 güllə atıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Liviyanın Milli Birlik hökumətində Nazirlər Kabinetinin işləri üzrə dövlət naziri Adel Cumaa sui-qəsd nəticəsində yaralanıb.
Oxu.Az "Al Marsad" informasiya portalına istinadla xəbər verir ki, naməlum silahlı şəxslər onun Tripolidə hərəkətdə olan avtomobilini atəşə tutublar.
Ümumilikdə nazirin maşınına 14 güllə atılıb, bundan ikisi onun ayağına dəyib. A.Cumaa xəstəxanaya yerləşdirildikdən sonra əməliyyat olunub. Onun vəziyyəti sabitdir.
Qeyd edək ki, hazırda Liviyada faktiki olaraq iki hökumət mövcuddur: ölkənin şərqində parlament tərəfindən təsdiqlənən Nazirlər Kabineti və Tripolidə Milli Birlik hökuməti.
Seçilən
21
1
oxu.az

2Mənbələr