"Barselona" hücumçu Robert Levandovski ilə yeni müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, tərəflər sözləşməni daha bir il uzatmaq barədə razılığa gəliblər. Bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Səudiyyə Ərəbistanı klublarından birinin hücumçuya illik 100 milyon avro maaş təklif etdiyi, lakin Levandovskinin "Barselona"dan ayrılmaq istəmədiyi bildirilib.
Levandovski "Barselona"ya 2022-ci ilin yayında "Bayern"dən keçib. Cari La Liqa mövsümündə hücumçu 19 qolla çempionatın bombardiridir.