AZ

Maya dəyəri 4 manat 40 qəpik olan mal əti bazarda niyə baha satılır? - RƏY


Məsələni dəyərləndirən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev “Ajans.az”a bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatları əhalinin yem aldığı zaman soruşulan sorğu əsasında  tərtib olunur:

‘’Bu tip informasiyalar ortalama üzrə statistik rəqəmlər əsasında qurulur. Hətta, bəzi fermerlərin də fikirləri əsas götürülür. Fermer təsərrüfatı kokret xərclər əsasında müəyyənləşir. Amma etiraf etməliyik ki, reallıqda çəkilən xərc göstəriləndən dəfələrlə yuxarıdır. Bu səbəbdən deyə bilmərik ki, günümüzdə mal ətinin maya dəyəri 4 manat 40 qəpikdir. Bu doğru xəbər olsaydı, Azərbaycanda ət daha ucuz satılardı. Bazarlarda mal ətinin kilosunu 12-13, dana ətinin isə 14 manatdan ucuz tapmaq olmur. Hətta, qəssablar belə məhsulun maya dəyərinin üzərinə az pul qoyurlar. Çünki bu sahədə rəqabət həddindən artıq çoxdur. Əlavə olaraq bir küçədə çoxsaylı qəssabxanayla qarşılaşmaq mümkündür. Bir sözlə, göstərilən statistik rəqəmlər həqiqəti əks etdirmir".

Seçilən
24
Ajans.az

1Mənbələr