Bakı, TurkicWorld
Yunanıstanda son günlərdə Egey dənizində seysmik aktivliyin artması səbəbilə təsirlənən adalarda təhlükəsizlik tədbirlərinin uzadılması qərara alınıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, yunan mətbuatında yayılan məlumata görə, Seysmik Riskin Qiymətləndirilməsi Komitəsi tərəfindən bu qərar verilib.
Seysmoloq Kostas Papazahos görüşdən sonra verdiyi açıqlamada vətəndaşları tədbirlərə ciddi riayət etməyə çağırıb. O, əhalinin sıxlıq olan qapalı ərazilərdən uzaq durmasını, ada sakinlərinin təhlükəsiz marşrutlardan istifadə etməsini və Santorini adasındakı bəzi limanlardan istifadənin məhdudlaşdırılmasını tövsiyə edib.
Papazahos, Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında təhsil fəaliyyətlərinin fasiləsinin fevralın 14-dək uzadıldığını bildirib. Bundan əlavə, fevralın 1-dən bəri Santorini yaxınlığında 3,0 bal gücündə 1100-dən çox zəlzələnin qeydə alındığını, lakin araşdırılan strukturlarda heç bir problem müşahidə edilmədiyini vurğulayıb.