Ziyali konyuktur adami deyil. Konyuktura da boyun əyməz.
Müsavat tv de 2- 3 gündür ki, qızğin müzakure gedir ki, ziyalilar niyə susur. Niyə danışmir, niyə mövqe qoymur, ölkədə ziyali yoxdur, ziyalilar qorxaqdir və.s.
Eyni motivli proqramlar, çıxışlar hem iqtidar, hem müxalifet yönlü tv. Proqramlarînda dəfələrlə müzakirə olunub. Anlamirlar ki, Ziyali nə iqtidarın, nə müxalifətin yaninda durmaz, Dövletin ve milletin yaninda durar. Bizde dövlet dedikde iqtidari başa düşürlər. Halbuki iqtidarlar gəldi gedərdir, keçicidir, Dövlət isə qalicidir. İqtidar Dövlət deyil. Hakimiyyətlə dövlət anlayışları eyniləşdirilə bilməz.
Ziyalini elə bu hakimiyyət öldürdü, məhv etdi, susturdu, qorxutdu, dilənçi etdi. Bu hakimiyyət ziyali nüfuzuna zərbə vurdu, müstəqil düşuncəni boğdu. Bunu elə gözəlcə bilirsiniz ki.
Ölkede minlerle yalakaliğina göre vezifelere teyin edilib akademik, professor etdikleri ziyalilar var, parlamentde 30 il temsil olunan ziyali deputatlar var, çixsinlar danişsinlar da.
Ziyali borc bataqlığinda boğulur.
Ziyali banklara kredit ödeyir. Ziyali qoydunuz qala?
Mövqe bildirməye ziyali axtarırsınız, Ziyalinin durumunu, susturulmasını, təklənməsini isə heç vaxt gündəmə gətirmirsiniz. Siz nə vaxt ziyalinin yaninda oldunuz, onun harayına nə vaxt səs verdiniz ki?
Siz bizi nə vaxt efirinizə çağirdıniz ki, biz də danışmaqdan imtina etdik?
Siz özünüz efirinizi bizim üzümüze bağlamamısinizmi. Özünuz ikili standartlarla işləmirsinizmi?
Efirinizdə bir ziyali danişmir. Efirinizi Ziyalinin üzünə elə siz özünüz bağlamamısinizmi? Ziyalilarla münasibətiniz konyuktura əsaslanmirmi.
Azərbaycan cəmiyyətindən uzaq düşmüsunuz. Efirinizde Hemişe eyni adamlar. Eyni personalar, eyni fikirler deyilmirmi?
Nə haqqiniz var ziyalilarin bu qədər üstünə getməyə. Sizin ziyalilara münasibətiniz varmi ki.
Bu illərdə ikice defe efirinizde olmuşam, hetta bir defe de bu barədə Rauf Arifoğluna giley güzar da etmişdim.
Məsələ budur ki, elə sizə də "nə şiş yansin nə kabab" deyən ziyali lazimdir, "Özü yaxşıdır, ətrafı pisdir", "Özü bir ış görmək istəyir, məmurlar qoymur" prinsipi ilə çıxış edən ziyali lazimdir, özünün müstəqil mövqeyi, siyasi görüşü olan ziyali lazim deyil.
Biz, 30 ildir ki, Rusiya- Azərbaycan münasibətləri haqqinda danışırıq, yazırıq. Hətta bu mövqeyimize göre ne qeder tezyiqlere, tehdidlere meruz qalmışiq.
Biz hər zaman sözümüzü də demişik.
Rusiya - Azərbaycan münasibətləri haqda keçən həftə də danışib sözümužü dedik. Dedik ki, Rusiya Qafqazdan çixib getməlidir.
Link video bölümündə
Yasəmən Qaraqoyunlu, AMEA Fəlsəfə və Sosialogiya İnstitunun elmi işçisi
Demokratikmusavat.com