Braziliyalı ulduz futbolçu Neymar "Santos" klubu ilə start heyətində meydana çıxdığı ilk oyunda uğursuz olub.
Offsideplus.az Brazilya mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçu 75 dəqiqə meydanda mübarizə aparsa da, gözləntilərin altında qalıb. Həm yerli azarkeşlər həm də yerli media tərəfindən böyük tənqidlərlə üzləşib.
Neymarın ən böyük problemi onun matç ritmindən kənarda olmasıdır. "Globo Esporte" ulduz oyunçunun 24 dəfə topu itirdiyini və cəhd etdiyi 7 aldadıcı hərəkətin heç birində uğurlu olmadığı bildirib.
Matç boyu 5 dəfə də faul edilən Neymar rəqibləri tərəfindən ən çox dayandırılmağa çalışan futbolçulardan biri olub.
Hüseyn Rəşadoğlu