AZ

“Azərpoçt”un adından dələduzluqlar edilir - ETX

Bakı. Trend:

Ani mesajlaşma tətbiqləri üzərindən Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adındandələduzluqlar həyata keçirilir.

Trend xəbərverir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti(ETX) məlumat yayıb.

"Müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşlarınnömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək onlar saxtakeçidlərə yönləndirilir. Həmin keçidlər vasitəsilə məhsulunödənişini almaq üçün vətəndaşlardan bank kartı və digər fərdiməlumatlarını daxil etmək tələb olunur.

ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansıqurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həminməlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlərvasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfəötürməməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunub.

Seçilən
8
25
az.trend.az

10Mənbələr