Türkiyə, İraq, İordaniya və Suriya bölgədə İŞİD-ə və terrorizmə qarşı mübarizə məqsədilə birgə koalisya yaradır.
Ölkə.Az xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz ölkə parlamentində çıxışı zamanı deyib.
Nazir müavini İŞİD-in Suriya və İraqda yenidən təhdid yaratmasının qarşısını almaq üçün Türkiyə İraq, İordaniya, Suriya ilə birgə koalisiya qurulacağını və bununla bağlı ABŞ-yə konkret təklifin edildiyini açıqlayıb.
"Biz ABŞ-nin təhlükəsizlik ehtiyaclarının nə olduğunu bilirik, onlar da bizimkini bilir. Biz ABŞ-nin təhlükəsizlik ehtiyaclarını təmin etmək üçün tələb oluna biləcək səviyyədə çox konkret təkliflər vermişik. Konkret misal üçün bunlardan biri İŞİD üzvlərinin saxlandığı həbsxanalar və onların idarə olunması ilə bağlı idi. Bu mövzuda həm Türkiyə, həm Suriya, həm də Suriya administrasiyası kimi təkliflərimizi təqdim etmişik. Türkiyə bu məsələnin həllində üzərinə düşəni etmək və terrorla mübarizəyə töhfə vermək, İŞİD-in yenidən Suriya və İraqı təhdid etməməsi üçün Türkiyə, İraq, İordaniya, Suriya ilə birgə İŞİD-ə qarşı 4-lü koalisiya qurur.
Biz bu məsələ ilə bağlı qanuni olaraq əlimizdən gələni etmişik”, - nazir müavini Yılmaz qeyd edib.
Mürtəza
Ölkə.Az