AZ

"Ada", bank hesabları... - Tayfurun vəsiyyəti haradadır?

Məşhur müğənni Ferdi Tayfurun ölümündən sonra başlayan miras problemi böyüyərək davam edir.

Kulis.az xəbər verir ki, vəsiyyətnamədə müğənninin qalan mirası üçün 6 qanuni varisindən 5-nin adı qeyd edilməyib.

Mərmərədəki “ada”, bank hesabları və əmanətlərinin taleyi isə bilinmir.

Vəsiyyətnamədə Ferdi Tayfurun bəzi daşınmaz əmlakları nəvələri, TSQ (Türkiyə Silahlı Qüvvələri), Darüşşafaka Cəmiyyəti və LÖSEV-ə bağışlamaq istədiyi qeyd olunub.

Ferdi Tayfur kimdir?

Sənətçi 15 noyabr 1945-ci ildə Adananın Yüreğir rayonunun Taşçı kəndində anadan olub.

O, 1970-ci illərdə çıxardığı "Çeşmə" adlı mahnı ilə böyük uğur qazanıb. Eyniadlı film isə 1976-cı ildə nümayişə girərək 12 milyon tamaşaçı toplayıb. 1982-ci ildə qurduğu "Ferdifon Plakçılıq" şirkəti ilə musiqi sənayesində öz yerini möhkəmləndirib.

1992-ci ildə çıxardığı "Prangalar" albomu 5 milyon nüsxə ilə Türkiyə tarixinin ən çox satılan albomlarından biri olub. Ferdi Tayfur həm də 200.000 insanın iştirak etdiyi Gülhane Parkında verdiyi konsertlə rekord qırıb.

Seçilən
27
kulis.az

1Mənbələr