AZ

Perişiçdən ÇL-də tarixi rekord

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Yuventus"a 1:2 hesabı ilə uduzan PSV-nin yarımmüdafiəçisi İvan Perişiç tarixi rekorda imza atıb.

Fanat.Az "Squawka"ya istinadən xəbər verir ki, Xorvatiya millisinin üzvü bunu komandasının yeganə qolunu vuraraq bacarıb.

36 yaşlı İvan Niderland təmsilçisinin forması ilə ÇL-də rəqib qapısına yola tapan ən yaşlı futbolçu ünvanına sahib çıxıb.

Qeyd edək ki, Perişiç ötən ilin sentyabrından Eyndhoven klubunun formasını geyinir. Cari mövsüm bütün turnirlərdə 24 matça çıxan orta xətt oyunçusu 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
27
fanat.az

1Mənbələr