ABŞ Prezidenti Donald Tramp ilə “Space X”, “Tesla”nın qurucusu və “X” platformasının sahibi, milyarder İlon Mask arasında keçirilən mətbuat konfransında ilginc görüntülər lentə alınıb.
Medianews.az xəbər verir ki, sözügedən görüntülər dünya mediasında maraqla qarşılanıb.
Oval ofisdə keçirilən mətbuat konfransında İlon Maskın 4 yaşlı oğlu Lil X diqqət mərkəzində olub. Dövlət xərclərinin danışıldığı ciddi mühitdə İlon Maskın oğlunun hərəkətləri gülüşə səbəb olub və görüşə xüsusi bir rəng qatıb.
Görüş zamanı Maskın balaca oğlu dəfələrlə atasının sözünü kəsib və hətta Trampla da söhbət etməsi kameralara tuş gəlib. Tramp da onun dediklərinə cavab verib.
![İlon Maskın 4 yaşlı oğlu atasının başına "oyun açdı" - <span style=color:red>VİDEO 3 Oval Ofis’in yeni kahramanı 4 yaşındaki X](https://image.hurimg.com/i/hurriyet/75/770x0/67ac753dfe5501e77d86e4cb.jpg)
Qeyd edək ki, İlon Mask oğlunu son vaxtlar tez-tez siyasi tədbirlərə aparır. Tesla CEO-nun üç fərqli qadından cəmi 12 uşağı var.
Sözügedən görüntüləri təqdim edirik.
Medianews.az