AZ

Zelenski Putinin növbəti hədəflərini açıqladı. Rusiya hansı ölkələrə hücum edəcək?

Prezident Vladimir Putin Rusiya qoşunlarının sayını 150 min nəfər artırır və Belarusdan Polşa və Litvaya hücum edə bilər.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.

“Kəşfiyyat mənə dedi ki, rusiyalılar 2025-ci ildə ordusunu 12-15 diviziya ilə artıracaq. Bu hardasa 150 min nəfər əlavə hərbçi deməkdir”, Zelenski qeyd edib.

O əlavə edib ki, bu artım səfərbərlik və Şimali Koreyadan əlavə qoşunların cəlb edilməsi hesabına baş verəcək.

“Biz görürük ki, haradasa 150 minə yaxın hərbçi olacaq. Ehtimal edirik ki, bu insanlar Belarus ərazisində təlim keçəcəklər”, Zelenski iddia edir.

Zelenski bildirib ki, bu baxımdan bu gün Ukraynaya dəstək müstəsna olaraq bütün Avropanın müdafiəsidir.

“Siz başa düşməlisiniz ki, onlar Belarusda hərbi təlimlərə niyə başlayırlar. Xatırlayırsınızsa, rusiyalılar belaruslarla birlikdə 2022-ci ildə genişmiqyaslı hərbi təlimlərə başladıqdan sonra işğala keçdilər. Əgər onlar orada 2025-ci ildə yayda və ya payızda təlim keçsələr, inanıram ki, bundan sonra tam miqyaslı işğala başlayacaqlar. Və bu məqamda məndə bir sual yaranır: kim deyir ki, Rusiya Ukraynaya Belarus ərazisindən hücum edəcək? Onlar Polşa və ya Litvanın da işğalına başlaya bilərlər”, Ukrayna prezidenti deyib.

Seçilən
54
8
buta.media

10Mənbələr