Bakı. Trend:
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 2025-ciilin əvvəlindən həyata keçirilən əməliyyatlar zamanı narkotiklərinqanunsuz dövriyyəsi və satışı ilə əlaqəli 60-a yaxın faktaşkarlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, sonuncu əməliyyatlar zamanıNatəvan Baxşıyeva, Ceyhun Mahmudov, Tural Nəcəfzadə və GüləliSaqıyevdən 18 kiloqram heroin, eləcə də tərkibi psixotropmaddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Ümumilikdə isəidarə əməkdaşları tərəfindən ilin əvvəlindən keçirilən tədbirlərlə25 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddəqanunsuz dövriyyədən çıxarılıb. Saxlanılanların əksəriyyətinarkotikləri şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldəetdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırmalar aparılır.
Saxlanılan şəxslərin daxil olduğu narkoşəbəkənin digərüzvlərinin də şəxsiyyətinin müəyyənləşdirilərək cinayətməsuliyyətinə cəlb olunmaları istiqamətində tədbirlər davametdirilir.