AZ

Azərbaycanın xaricdə “Yaşıl Kart” üzrə sığorta ödənişlərinin həcmi açıqlanıb

Bakı. Trend:

Ötən il Azərbaycanda "Yaşıl Kart" beynəlxalq sığorta sistemiüzrə 50 min 207 müqavilə rəsmiləşdirilib, həmin müqavilələr üzrə 7milyon 215 min 431 manat sığorta haqqı toplanıb.

Trend bubarədə “İcbari Sığorta Bürosu”ndan (İSB) məlumat əldə edib.

Məlumata görə, bu müqavilələrin 40 038-i Azərbaycandaqeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə olub və 2,5 milyonmanat sığorta haqqı yığılıb. Xaricdə – Gürcüstan və Qazaxıstandaqeydiyyatdan keçən nəqliyyat vasitələri üzrə isə 10 169 Yaşıl Kartmüqaviləsi rəsmiləşdirilərək 4,7 milyon manat sığorta haqqıtoplanıb.

2024-cü ildə Azərbaycan Yaşıl Kart sahiblərinin təqsirisəbəbindən Rusiya, Türkiyə, Latviya, Polşa, Belarus, Rumıniya,Estoniya, Niderland və Belçikada ümumilikdə 314 yol-nəqliyyathadisəsi baş verib. Bu hadisələr üzrə 1,2 milyon manat sığortaödənişi həyata keçirilib. Bir sığorta hadisəsi üzrə orta sığortaödənişi 3,9 min manat olub.

Ötən il Gürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdankeçən nəqliyyat vasitələrinin iştirakı ilə xarici ölkələrdə başvermiş 154 hadisə üzrə 1,2 milyon manat sığorta ödənişi həyatakeçirilib. Bir hadisə üzrə orta sığorta ödənişi 8,3 min manattəşkil edib.

Ümumilikdə ötən il Yaşıl Kart Sistemi çərçivəsində xariciölkələrdə baş vermiş 468 yol-nəqliyyat hadisəsi üzrə 2,5 milyonmanat sığorta ödənişi həyata keçirilib.

2024-cü ildə Türkiyə, Ukrayna, Rusiya, Çexiya, Moldova,Macarıstan, Polşa respublikalarında qeydiyyatdan keçmiş nəqliyyatvasitələrinin ölkəmizdə törətdiyi 49 yol-nəqliyyat hadisəsinə görəümumilikdə 96,7 min manat sığorta ödənişi edilib.

Xatırladaq ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici,ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq YaşılKart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ildən etibarən isəGürcüstan və Qazaxıstan Respublikasında qeydiyyatdan keçmişnəqliyyat vasitələrinə Azərbaycan Yaşıl Kartlarının satılmasıhəyata keçirilir.

Qeyd edək ki, Yaşıl Kart sistemi – beynəlxalq avtomobilsığortası sistemidir və sürücülərin xarici ölkələrdə yol-nəqliyyathadisələri zamanı üçüncü şəxslərə vurduğu ziyanı əhatə edir. Busistemin əsas məqsədi sürücülərin sərhədlərarası hərəkətiniasanlaşdırmaq və yol-nəqliyyat hadisələri zamanı zərərçəkənlərinkompensasiya almasını təmin etməkdir.

Məqalədə:
Seçilən
48
14
az.trend.az

10Mənbələr