AZ

“MilliKart” zərər etdi, nizamnamə kapitalı kəskin azaldıldı

"MilliKart” MMC prosessinq mərkəzinin nizamnamə kapitalı kəskin azaldılıb.

Valyuta.az xəbər verir ki, prosessinq mərkəzi kapitalını 1 milyon 488 min manata endirib. Bununla da onun kapitalında 75.2%-lik azalma qeydə alınıb. Buna səbəb isə prosessinq mərkəzinin zərər etməsi olub.

Buna qədər prosessinq mərkəzinin nizamnamə kapitalı 6 milyon manat idi. 

Qeyd edək ki, “MilliKart” 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən yaradılıb, sonradan banklara satıb. Hal-hazırda onun təsisçiləri fəaliyyətdə olan “Azərbaycan Sənaye Bankı”, “Bank Respublika”, “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank of Baku” və “Xalq Bank”, “Access Bank”, bundan əlavə, ləğv prosesində olan “AtaBank”, “Amrah Bank”, “Dəmir Bank”, “Kredo Bank”, “Texnika Bank” və “Zamin Bank” ASC-lər, “Bank Standard” QSC, eləcə də “Para” ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.

Seçilən
12
2
valyuta.az

3Mənbələr