1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Qax-Zaqatala avtomobil yolunun Zaqatala ərazisindən keçən hissəsində Quruçay üzərində olan körpüdə çatlar əmələ gəlib.
Problemin həlli ilə bağlı tədbir görülmədiyini deyən sakinlər hər an təhlükə ilə üz-üzə qalmaqdan narahatdırlar.
"TIR sürücüləri körpünün vəziyyətinə görə əyləcə qəfil basırlar. Bu da qəza şəraitinin yaranmasına səbəb olur. Gərək kimsə ölsün ki, körpünü düzəltsinlər", - deyə sürücü narazılıq bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, sözügedən körpüdəki problemdən xəbərdardırlar:
"Əraziyə baxış keçirilib. Problemin aradan qaldırılması ilə bağlı təkliflər hazırlanaraq, aidiyyəti üzrə təqdim olunub. Maliyyə vəsaiti ayrılan kimi, bərpa işləri aparılacaq".
Daha ətraflı Baku TV-nin süjetində: