Rusiya və Sudan Rusiya hərbi-dəniz bazasının yaradılması ilə bağlı “hər şeyi” razılaşdırıblar.
Oxu24.com-un məlumatına görə, bunu Sudan Xarici İşlər Nazirliyinin rəhbəri Əli Yusif Şərif deyib.
“Biz bu məsələdə qarşılıqlı anlaşma əldə etmişik”, - deyə o vurğulayıb.
Dekabrın sonunda Rusiyanın Sudandakı səfirliyi ölkənin Rusiya Hərbi Dəniz Qüvvələri üçün logistika mərkəzinə ev sahibliyi etməkdən imtina etməsi ilə bağlı xəbərləri yalan adlandırıb.
İyun ayında Rusiya Federasiyasındakı səfir bildirmişdi ki, Sudan Qırmızı dənizdə Rusiya hərbi-dəniz bazası qurmaq öhdəliyindən imtina etmir və nəzərdə tutulan layihə həyata keçiriləcək. 2023-cü ilin fevralında məlum olub ki, Sudan hakimiyyəti Rusiya donanmasına Qırmızı dənizdə baza tikməyə icazə verəcək.
Bundan əvvəl Rusiya Hərbi Dəniz Qüvvələrinin dəniz aviasiyası tarixdə ilk bayrağını qəbul edib.
Nigar