Bakı. Trend:
Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən kənd təsərrüfatı heyvanlarının sığortası üzrəyığımların həcmi 2,1 milyon manata çatıb.
Trend bu barədəMərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 1,8 milyonmanat və ya 46,7% azdır. Bu sığorta növü üzrə ödənişlərin həcmi1,33 milyon manat olub ki, bu da, illik müqayisədə 250 min manat,yaxud da 23,3% çoxdur. Belə ki, 2023-cü ildə kənd təsərrüfatıheyvanlarının sığortası üzrə yığımların həcmi 3,9 milyon manat,ödənişlərin həcmi isə 1,08 milyon manat təşkil edib.
Bununla yanaşı, bəhs olunan dövrdə kənd təsərrüfatı bitkiləriməhsullarının sığortası üzrə sığorta haqlarının həcmi 12,1 milyonmanat, ödənişlərin həcmi 5,2 milyon manat olub. Bunlar da, illikmüqayisədə müvafiq olaraq 810 min manat (6,2%) az, 3,7 milyon manatçoxdur. 2023-cü ildə kənd təsərrüfatı bitkiləri məhsullarınınsığortası üzrə yığımların həcmi 12,9 milyon manat, ödənişlərinhəcmi isə 3,5 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarınınümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəkigöstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumihəcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4milyon manat və ya 28,1% artım deməkdir.