Bu gün futbol üzrə İspaniya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, püşk nəticəsində finala vəsiqə uğrunda hansı komandaların üz-üzə gələcəyi müəyyənləşib.
Belə ki, “Barselona” bu raundda Madrid “Atletiko”su ilə üz-üzə gələcək. Madridin digər təmsilçisi isə “Real” isə “Real Sosyedad”la qarşılaşacaq.
Qeyd edək ki, İspaniya Kubokunda yarımfinal görüşləri ev-səfər prinsipi ilə keçiriləcək. Qarşılaşmaların dəqiq başlama tarixi daha sonra açıqlanacaq.
İspaniya Kuboku
Yarımfinalın ilk oyunları
25-27 fevral
Barselona – Atletiko
Real Sosyedad – Real
Yarımfinalın cavab oyunları
1-3 aprel
Atletiko – Barselona
Real – Real Sosyedad