AZ

13 fevral hansı bürclər üçün uğurlu olacaq?

News24.az 13 fevral üçün ulduz falını təqdim edir:

Buğa - Sabah sizin üçün biznesdə uğur əldə edə bilərsiniz. Artıq bu ərəfədə hansı perspektivlərə yiyələnəcəyinizi təyin etməlisiniz. Müttəfiqlərinizi dəqiqləşdirin.

Əkizlər - Səhhətinizə diqqət edin, ailinizlə vaxt keçirin. Dostlarınızı sınaqdan keçirməyiniz pis olmaz.

Xərçəng -  Tərəfdaşlarınıza çox da güvənməyin. Çünki ulduzlar diqqətli olmağı tövsiyə edir. Yaxşı olar ki, sadəlik nümayiş etdirəsiniz. Yaxınlarınızın çətinliyinə biganə yanaşmayın.

Şir - Yaxın həftə üçün görəcəyiniz işləri konkretləşdirin. Çalışın ki, çıxardığınız qərarlar ədalət prinsiplərinə söykənsin.

Qız - Sabah işləriniz çox olacaq. Sürprizlər gözlənilir, axşam saatlarında təmiz havada yürüş edin.

Tərəzi- Ulduzların dəstəyi sayəsində uzun müddət alınmayan işlərin öhdəsindən gələ bilərsiniz. Qətiyyən sizin əhvalınızı pozan şaiələrə uymayın.

Əqrəb - Sevgi tərəfdən işləriniz səhmana düşəcək. Şəxsi münasibətlərdə müsbət meyllərin təsiri üstünlük təşkil edəcək. Yaxşı olar ki, günün tempini pozmayasınız.

Oxatan -  Maddi durumunuz müəyyən qədər yaxşılaşa bilər. Ən əsası əsəblərinizə hakim olun. 

Dolça - Günün birinci yarısı gərgin ola bilər. Pozitiv insanlarla ünsiyyət qurun. Yaxşı olar ki, kiçik hədiyyələrlə özünüzü sevindirəsiniz.

Balıq - Özünüzə güvənin. Qəti qərarlardan çəkinməyin, yaxınlarınıza qarşı çox da humanist olmayın. Axşam saatları sizin üçün uğurlu ola bilər.

Qoç - Dava-dalaşdan uzaq olun. Çalışın yaxınlarınız sizinlə küsülü qalmasın. Səhvlərinizi vaxtında düzəldin. Günün ikinci yarısı uğurlu ola bilər.

Ağa Dadaşzadə

Seçilən
31
news24.az

1Mənbələr