AZ

UEFA-dan klublarımıza ödəniş

UEFA Azərbaycan klublarına ödəniş edib.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Qitə futbol qrumu “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində “Qarabağ” istisna olmaqla, 9 klubumuza vəsait ödəyib. “Neftçi”, “Səbail”, "Qəbələ”, “Sumqayıt”, “Sabah”, “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz” və “Kəpəz” klublarının hər biri 217 min 222,22 avro əldə edib.

Qeyd edək ki, 2023/2024-cü illər mövsümü üçün ayrılmış 1,955,000 (bir milyon doqquz yüz əlli beş min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

İdman.biz

Seçilən
12
29
idman.biz

10Mənbələr