UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində 9 klubumuza (“Qarabağ” istisna olmaqla) ödəniş edib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, UEFA tərəfindən 2023/2024-cü illər mövsümü üçün Azərbaycan klublarına bütövlükdə 1,955,000 (bir milyon doqquz yüz əlli beş min) avro maliyyə vəsaiti ayrılıb. Həmin vəsait AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
“Neftçi” – 217,222,22 avro
“Səbail” – 217,222,22 avro
“Qəbələ” – 217,222,22 avro
“Sumqayıt” – 217,222,22 avro
“Sabah” – 217,222,22 avro
“Araz-Naxçıvan” – 217,222,22 avro
“Zirə” – 217,222,22 avro
“Turan Tovuz” – 217,222,22 avro
“Kəpəz” – 217,222,22 avro