AZ

Qiymətlər “əl yandırır”!- Bahalaşmanın səbəbləri SADALANDI

Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin yanvar ayı ərzində qida məhsullarından daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarinin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın, sarımsağın, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub.


Nəzərə alsaq ki, bu məhsulların içərisində Azərbaycanda becərilənlər də var. Ümumiyyətlə Azərbaycanda ilin əvvəlindən etibarən həm yerli, həm də xarici qida və ərzaq məhsullarının qiymət artımı nə ilə əlaqəlidir? Sözügedən məhsulların mümkün qədər ucuzlaşması üçün hansı tədbirlər görülə bilər?


Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bildirib ki,  Azərbaycanda qiymət artımının və infliyasiyanın bir çox səbəbləri var.  Bunun obyekiv səbəbi mövsümlə əlaqəlidir. Yəni, mövsüm şərtləri ilə bağlıdır. Çünki hazırda yeni məhsullar hələ bazarda yoxdur köhnə məhsullar isə azalıb. Bu əsasən kənd təsərrüfatı məhsullarına aiddir.  Bu məsələ də həmişə qiymətlərə təsir edib. Bundan başqa idxaldan asılı olmağımız da başlıca səbəblərdəndir.  Biz 75 faiz idxaldan asılıyıq. Bu da qiymətlərə təsir edir. 




Natiq  Cəfərli qiymət artımı ilə bağlı həm də onu vurğulayıb ki, ötən il dizel yanacağının bahalaşmasının da bu məsələdə payı var.  Məlumdur ki, ərzaq məhsullarının daşınmasında və loqistikasında dizel yanacağının rolu var. 


"Antiinfliyasiya tədbirləri çərçivəsində ən keçərli gömrük və vergi dərəcələrinin aşağı salınmasıdır. Bu proses dünyanın hər yerində belədir. Misal üçün Amerika Birləşmiş Ştatlarında belə Tramp administrasiyası ilk addım kimi vergiləri azaldacağını və bununla infliyasiyanı aşağı salacağını demişdi.  Beləliklə Azərbaycanda da bu metodlardan istifadə etmək mümkündür", - deyə Natiq Cəfərli qeyd edib.


Bünyamin Bünyadzadə

Referans.az" target="_blank">Referans.az 

Seçilən
4
referans.az

1Mənbələr