“Fənərbağça” komandasının müdafiə xəttində baş verən çoxsaylı zədələnmələr səbəbindən baş məşqçi Joze Mourinyo, “Anderlext” ilə qarşıdakı Avropa Liqası play-off matçı üçün məcburi dəyişikliklər etməli olub.

Offsideplus.az "Beinsports"a istinadən xəbər verir ki, xəbər verir ki, son oyunlarda Cayden Osterwolde və Rodriqo Bekao mövsümü erkən başa vurub. Həmçinin, Mert Müldür və qapıçı Livakoviç də zədələnib. “Ziraat Türkiyə Kuboku”ndakı “Ərzurum” matçında Dieqo Karlos, Aleksandr Ciku və Yusuf Akçiçək də zədələnərək oyunu tərk ediblər. “Alanyaspor” ilə keçirilən son qarşılaşmada isə Çağlar Söyüncü və İsmayıl Yüksək də zədələnənlər siyahısına əlavə olunub.

Bu zədələnmələr səbəbindən Mourinyo müdafiə xəttində ciddi futbolçu çatışmazlığı ilə üzləşib. Mövcud vəziyyətdə mərkəz müdafiəçisi yalnız Milan Şkrinyar sağlamdır. Son oyunda orta sahə oyunçusu Sofyan Amrabat müdafiənin mərkəzində oynayıb. Mourinyo, “Anderlext” qarşısında müdafiənin sol tərəfində Filip Kostiçi oynatmağı planlaşdırır.

Bu mövsüm liqa və kubokda 18 oyunda 1 qol və 6 asistlə çıxış edən serbiyalı futbolçu, Avropa arenasında ilk dəfə oynayacaq və karyerasında ilk dəfə mərkəz müdafiəçisi mövqeyində çıxış edəcək. Beləliklə, kritik Avropa matçında üç müdafiəçidən ikisi əslində öz mövqeləri olmayan oyunçular olacaq.