AZ

“Sənə saydırdım”

İsmət İnönü Süleyman Dəmirəlin sevdiyi siyasi liderlərdən olub. Onun Türkiyə Cümhuriyyətinin qurucularından İsmət paşa haqqında maraqlı xatirələri var.

“Mən 39 yaşında baş nazir oldum. Əsas müxalifət lideri İsmət İnönü idi. And içirəm ki, onunla görüşə gedəndə dizlərim titrəyirdi. Mən sadəcə Çoban Sülüyəm. O, Qərb Cəbhəsinin komandanı, Cümhuriyyətin ikinci adamı idi...”.

Seçkilərdə səslərin 50 faizini aldıqdan sonra baş nazir oldum. Türkiyə Böyük Millət Məclisindəki ilk iş günümdə parlament binasında İsmət İnönü ilə qarşılaşdım. İnönü məndən soruşdu.

– Parlamentin neçə pilləkən olduğunu bilirsənmi, Süleyman?

– Bilmirəm, əfəndim!..

Gözlənilməz sualı cavabsız qoyduğum üçün çox üzüldüm.

Bir neçə gün sonra məclisdə yenidən İnönüyə yaxınıaşdım. Əyilib qulağına “Əfəndim, parlamentin 220 pilləkəni var!” dedim.

– Kimə saydırdın?

– Mən özüm saymışam, əfəndim!

Sonra İnönüdən tarixi atmacasını eşitdim.

– Bax, Süleyman, lider çətin işlərin öhdəsindən gəlir, amma sadə tapşırıqları özü görmür. Məsələn, mən parlamentin neçə pilləkən olduğunu bilmirdim. Sənə saydırdım”.

Seçilən
51
vaxt.az

1Mənbələr