Ramazan ayının müjdəçisi olaraq qəbul edilən Bəraət Qəndili sabah qeyd olunacaq.
Bəraət Qəndili ''üç aylar''ın ikici ayı olan şaban ayının 15-ci gecəsinə təsadüf edir.
İslam inancına görə, bəraət sözünün mənası günahlardan qurtulmaq, tövbə etmək, ilahi rəhmətə qovuşmaqdır.
Bu müqəddəs gecədə müsəlmanlar tövbə edərək əfv diləyəcək.
Məhəmməd peyğəmbərin Beraət Qəndili ilə bağlı belə dediyi bildirilir:
"Şaban ayının 15-ci gecəsini ibadətlə məşğul olun, gündüzləri oruc tutun. Çünki bu gecə Allah-Təala belə buyurub:''Tövbə edən varmı, mən onun tövbəsini qəbul edim? Ruzi istəyən varmı, ona ruzi verim. Şəfa istəyən varmı, ona şəfa verim''.